Avtosfer.az | Reklam
Saatlıda koronavirus pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirləri aparılır - FOTO
Gündəm 26 Mart 2020 18:15 100 dəfə oxunub
Saatlıda koronavirus pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirləri aparılır - FOTO
Virusun təsir dairəsinin genişlənməməsi üçün bu müddət ərzində evdə qalmaqlarının vacibliyi vurğulanıb

Saatlıda koronavirus pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirləri aparılır

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Saatlı Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparılıb. Onlara koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib. Bəşəriyyətin bir nömrəli bəlasına çevrilən virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib, ölkədə karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb. Virusun təsir dairəsinin genişlənməməsi üçün bu müddət ərzində evdə qalmaqlarının vacibliyi vurğulanıb.

Gültən

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh