Avtosfer.az | Reklam
Zaqatalada yol polisi sürücülərə spirt, maska və əlcək paylayıb - FOTO
Yol polisi 26 Mart 2020 19:00 212 dəfə oxunub
Zaqatalada yol polisi sürücülərə spirt, maska və əlcək paylayıb - FOTO
Sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək paylanılıb

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dəstək məqsədilə aksiyanı davam etdirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətdə olan avtonəqliyyat vasitələri saxlanılıb, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək paylanılıb. Həmçinin ölkədə tətbiq olunan karantin rejiminə əməl etmələrinin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Gültən

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh