Arakəsməyə çırpılan avtomobil çevrildi: 8 nəfər xəsarət aldı - FOTO

Qəzalar 26 Mart 2020 19:15 Oxunub 774
Arakəsməyə çırpılan avtomobil çevrildi: 8 nəfər xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Şanlıurfa vilayətində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Şanlıurfa – Mardin avtomagistralında qeydə alınıb.

Məlumata görə, Şehmus B. idarə etdiyi 63 VP 682 qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib və nəqliyyat vasitəsi orta arakəsməyə çırpılaraq çevrilib.

Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılara, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh