Avtosfer.az | Reklam
Şəkidə 11 yaşlı qızı sahibsiz it dişləyib
Gündəm 26 Mart 2020 19:45 203 dəfə oxunub
Şəkidə 11 yaşlı qızı sahibsiz it dişləyib
Sunay Sərinliyə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb

Şəkidə 11 yaşlı qızı sahibsiz it dişləyib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 2009-cu il təvəllüdlü Sunay Tural qızı Sərinli it dişləməsi xəsarəti ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 11 yaşlı Sunay Sərinliyə yaşadığı kəndin ərazisində sahibsiz itin hücum etdiyi, sol aşağı ətrafın bud nahiyəsindən dişləyərək ona xəsarət yetirdiyi məlum olub. Sunay Sərinliyə lazımı tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh