Avtosfer.az | Reklam
Azərbaycanda ikibaşlı qəza: Günahkar kimdir? - VİDEO
Qaydalar 26 Mart 2020 21:05 420 dəfə oxunub
Azərbaycanda ikibaşlı qəza:  Günahkar kimdir? - VİDEO
"Vaz" markalı avtomobil qaydaları pozub

Sürücülərdən birinin səhvi nəticəsində baş verən zəncirvari qəzanın videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, "Vaz 2107" markalı avtomobilin sürücüsü ötmə və manevr qaydasını pozaraq yolayrıcına daxil olur. Bu zaman sağdan yolayrıcına daxil olan "Mercedes" markalı avtomobilə dəyərək əks istiqamətdən gələn digər "Mercedes" markalı avtomobillə toqquşub.

Burada kimin təqsirli olması barədə dəqiq məlumat vermək olmur. Əgər bu yolayrıcında üstünlük nişanları (baş yol, yol ver və ya stop) yoxdursa "Vaz"  markalı avtomobilin sürücüsü günahkar sayılır. Çünki qanunvericilikdə qeyd olunub ki, nizamlanmayan yolayrıcında baş yol olmayan yolla hərəkət etdikdə ötmə qadağandır. Üstünlük nişanları olmayan yolayrıcında üstünlük sağdan gələn nəqliyyat vasitələrində olur. Əgər bu yolayrıcında "Mercedes" markalı avtomobilin hərəkət etdiyi istiqamətdə yol verməyi bildirən nişan varsa, bu qəzanın baş verməsində onun da günahı olacaqdır.

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh