Avtosfer.az | Reklam
Qaxda sürücü sükan arxasında ölüb
Gündəm 26 Mart 2020 21:30 106 dəfə oxunub
Qaxda sürücü sükan arxasında ölüb
Faktla bağlı araşdırma aparılır

Bu gün axşam saatlarında Qax şəhərinin Heydər Əliyev prospektində ölüm hadisəsi baş verib. 

Avtosfer.az-ın APA-nın şimal-qərb bürosuna istinadən məlumatına görə, rayonun Qaxbaş kənd sakini, 1980-ci il təvəllüdlü Anar Diniyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib və sükan arxasında ölüb. 

İlkin müayinə zamanı A.Diniyevin ürək çatışmazlığından öldüyü məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh