Avtosfer.az | Reklam
“Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun” - VİDEO
Gündəm 26 Mart 2020 22:40 178 dəfə oxunub
“Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun” - VİDEO
“Həkimlərimiz şəfa verir, dövlətimiz güc verir, biz isə evdə qalaq, bir-birimizə dəstək olaq”

Azərbaycanda koronavirusla mübarizəyə dəstək məqsədilə keçirilən “Evdə qal” kampaniyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da qoşulublar. Avtosfer.az-ın məlumatına görə, bu məqsədlə onlar videoçarx hazırlayıblar. Nazirlik əməkdaşları vətəndaşlara özlərinin və yaxınlarının sağlamlıqlarının qorunması üçün evdə qalmaları haqda çağırış ediblər.

Videoçarxda vətəndaşlara “Həkimlərimiz şəfa verir, dövlətimiz güc verir, biz isə evdə qalaq, bir-birimizə dəstək olaq”, “Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun”, “Bu gün evdə qalın, evdə qalın ki, sabah yaxınlarınızla xoş havadan zövq ala biləsiniz” və s. çağırışları edilir. 

 

Fidan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh