Skoda sürücülərə koronavirusdan qorumaq üçün tövsiyələr verdi - FOTO

Qaydalar 27 Mart 2020 10:20 Oxunub 1210
Skoda sürücülərə koronavirusdan qorumaq üçün tövsiyələr verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tibbi maskalar infeksiya zamanı xüsusən taksi sürücüləri üçün vacibdir

Skoda koronavirus pandemiyası zamanı sürücüləri və sərnişinləri qorumağa kömək edəcək tövsiyələr siyahısını hazırlayıb. Avtosfer.az-ın məlumatına görə, tövsiyələrdə ən əsası qeyd olunur ki, salonun dezinfeksiya olunmasıdır. Bunu səfərdən əvvəl və sonra etmək lazımdır. Mikrofiber dəsmalları, 70 faizdən çox spirt tərkibli hər hansı bir təmizləyici məhsuldan istifadə etmək lazımdır. Sükan çarxını, qol dayaqlarını, qapı tutacaqlarını, sürət qutusu çubuğunu və dayanacaq əyləclərini, bütün düymələri silmək lazımdır.

İzopropil spirti salonun silinməsi üçün uygundur, ancaq hidrogen peroksiddən imtina etmək daha yaxşıdır. Parça oturacaqları da spirt tərkibli maye ilə nəm olmadıqlarına əmin olmaqla silmək olar. Dəri örtükləri ilə spirtin təsirindən rəngini itirməməsi üçün diqqətli olmalısınız.

Salonu havalandırmağı unutmamaq vacibdir. Sərinləşdirici sistemini təmizləmək yaxşı olardı. İnternetdə satılan xüsusi spreylərdən istifadə edə bilərsiniz.

Tibbi maskalar infeksiya zamanı xüsusən taksi sürücüləri üçün vacibdir.

 

Natiq Nazimoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh