Koronavirusa yoluxmuş xəstə sürücülərə karantin təzminatı ödəniləcək

Avtoxəbər 26 Mart 2020 23:00 Oxunub 1308
Koronavirusa yoluxmuş xəstə sürücülərə karantin təzminatı ödəniləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət bu imkanı dünyada tətbiq etmək üçün çalışır

Uber koronavirusa yoluxan və ya yalnız buna şübhəli olan sürücülərə kompensasiya ödəyəcək. Avtosfer.az xəbər verir ki, Uber onlayn taksi sifarişi xidməti həm koronavirus infeksiyasını təsdiqləyən sürücülər, həm də COVID-19 şübhəsi ilə təcrid olunmuş əməkdaşlar üçün 14 günlük karantin üçün pul kompensasiyası ödəyəcək. Bu barədə Uber-in mətbuat xidməti məlumat yayıb.

ABŞ, İngiltərə və Meksikadakı bir neçə Uber sürücüsü artıq ödəniş alıb. İndi şirkət bu imkanı dünyada tətbiq etmək üçün çalışır.

Uber karantində olan sürücülərin nə qədər pul alacağını dəqiqləşdirməyib.

 

Natiq Nazimoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh