Avtosfer.az | Reklam
Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var
Qəzalar 26 Mart 2020 23:45 391 dəfə oxunub
Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var
Faktla bağlı araşdırma aparılır

Mingəçevirdə yol qəzası baş verib.

Avtosfer.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektindən Xaldan şosesi istiqamətində qeydə alınıb.

“Mercedes” və “Nissan” markalı minik maşınları toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri şəkinin üzərinə çıxaraq işıq dirəyinə çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1980-ci il təvəllüdlü Əliyev Elman Azər oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad
E-mail
Şərh