Avtosfer.az | Reklam
Bakıda qırmızı işığı gözləməyən “Prado” qəzaya səbəb oldu: Yaralılar var - FOTO
Qəzalar 27 Mart 2020 00:15 270 dəfə oxunub
Bakıda qırmızı işığı gözləməyən “Prado” qəzaya səbəb oldu: Yaralılar var - FOTO
Hadisənin təfərrüatı araşdırılır.

Nizami rayonunda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb.  Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində baş verib.  

İlkin məlumata görə, Qara Qarayev prospektilə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil işıqforun qırmızı işığından keçərək yoluna davam edib.  

Bu zaman nəqliyyat vasitəsi qarşıdan gələrək işıqforun yaşıl işığında hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Toyota” yol-hərəkət nişanını qıraraq səkiyə çıxıb.  

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin, DYP və əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb edilib.  

Avtotexniki ekspertiza təyin edilib. Yolda sıxlığın qarşısını almaq məqsədilə polis əməkdaşları tənzimləmə işləri aparıb.  

Hadisənin təfərrüatı araşdırılır.  

 

Gültən

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh