Avtosfer.az | Reklam
Polis Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar qurub - VİDEO
Yol polisi 27 Mart 2020 00:30 340 dəfə oxunub
Polis Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar qurub - VİDEO
Ara küçələrdə qurulan postlarda belə halların qarşısını alınır

Magistrallardan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonuna nəqliyyat vasitələrinin daxil olmaması üçün polis postları təşkil olunub. Çünki bəzi sürücülər xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstərir.

Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, ara küçələrdə qurulan postlarda belə halların qarşısını alınır.

Həmin məntəqələrdə hər hansı neqativ halın yaşanmaması üçün stasionar postlardakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur. Ara və köməkçi yollarda təşkil olunan postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.

Gültən

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh