Azərbaycanda 11 mindən çox avtomobil postlardan geri qaytarılıb - RƏSMİ

Yol polisi 27 Mart 2020 11:30 Oxunub 1213
Azərbaycanda 11 mindən çox avtomobil postlardan geri qaytarılıb                    -  RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadağa qoyulubsa, bu, hər bir vətəndaş üçün, xalq üçündür

Martın 19-dan tətbiq edilən ilk məhdudlaşdımadan sonra postlardan bölgələr istiqamətinə 7545 rayon qeydiyyatlı avtomobil geri qaytarılıb. Avtosfer.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq  Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə müdirinin sözlərinə görə, 24 martdan Bakıya giriş-çıxışa da qadağa qoyulduğu vaxtdan 3656 nəqliyyat vasitəsi paytaxt  istiqamətinə geri qayatrılıb:

“Ümumilikdə 11 201 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb ki, bu da təəssüfedicidir. Və insanalrın xüsusi karantin rejiminə əməl etmədiyinin göstəricisidir. İnsanlar başa düşümürlər ki, qadağa qoyulubsa, bu, hər bir vətəndaş üçün, xalq üçündür. Ona görə də hamı qadaalara riayət etməlidir”.

Qeyd edək ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılır. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılıb.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh