Nöqsana görə işdən çıxarılan DYP rəisinə yeni vəzifə verildi TƏYİNAT

Yol polisi 27 Mart 2020 13:00 Oxunub 3254
Nöqsana görə işdən çıxarılan DYP rəisinə yeni vəzifə verildi      TƏYİNAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
General-polkovnik Vilayət Eyvazov əmr imzalayıb

Azərbaycanın Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Ramin Bağırov Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsinə təyin edilib.  

Qeyd edək ki, bir müddət əvvəl Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi olmuş R.Bağırov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş və sərəncama götürülmüşdü. 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh