“Chevrolet” dayanacağa çırpıldı: bir ailənin 3 üzvü öldü - FOTO

Avtosfer Foto 27 Mart 2020 13:38 Oxunub 1816
“Chevrolet” dayanacağa çırpıldı: bir ailənin 3 üzvü öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Tula əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 27-də səhər saatlarında M-4 “Don” avtomagistralının 262-ci kilometrliyində Volovsk rayonu ərazisində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, şəxsiyyəti açıqlanmayan sürücü idarə etdiyi “Chevrolet Niva” markalı minik avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib və idarəetmədən çıxan maşın yol kənarında olan kərpic dayanacağa çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Nəticədə sürücü, onun həyat yoldaşı habelə onların 10 yaşlı uşaqları aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Qəza zamanı dayanacaqda kimsə olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh