Kommunal ödənişlərlə bağlı sevindirici xəbər

Gündəm 27 Mart 2020 20:00 Oxunub 752
Kommunal ödənişlərlə bağlı  sevindirici xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kommunal xidmətlərlə bağlı güzəştlər tətbiq edəcək

"Düşünürəm ki, yaxın günlərdə Nazirlər Kabineti və İşçi qrupları əhaliyə kommunal xidmətlərlə bağlı güzəştlər tətbiq edəcək".

Avtosfer.az Qazilər.az-a istinadən xəbər verir ki, bunu ATV Qərargah verilişinə qonaq olan millət vəkili Vüqar Bayramov deyib.

O, bildirib ki, Nazirlər Kabinetinə karantin rejimi ilə bağlı təklif edib ki, kommunal xidmətlərdən istifadədə güzəşt limiti artırılsın.

"Güzəşt limiti artırıldıqda əhalinin ödənişin məbləği də azalacaq və eyni zamanda kommunal xidmətlər təqdim edən qurumlar ödənişləri yığmağa davam edəcəklər ki, bu da indiki məqamda vacib amillərdən biridir", - deyə Vüqar Bayramov bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh