Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - RƏSMİ - FOTO

Gündəm 27 Mart 2020 21:30 Oxunub 1122
Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - RƏSMİ  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır

Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavininin adından yayılan sənəd saxtadır.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir:

“Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram”.

Qeyd edək ki, sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavininin adından yayılan sənəddə sabah saat 06:00-dan etibarən şəxsi avtomobillərin hərəkətinə və insanların küçəyə çıxmasına qadağa qoyulduğu yazılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh