Bakıda motosiklet avtomobilə çırpılıb

Qəzalar 28 Mart 2020 00:45 Oxunub 1299
Bakıda motosiklet avtomobilə çırpılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxanaya yerləşdirilib

Bakının Sabunçu rayonu, Böyük Şor şosesində avtoqəza baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun qarşısında 1992-ci il təvəllüdlü Nəcəfli Ülvi Cavanşir oğlu idarə etdiyi motosikletlə "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində Ü.Nəcəfli xəsarət alıb, onun ayağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu polisi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh