Ronaldu 9,5 milyon avroya “Bugatti” aldı - FOTO

Avtoxəbər 28 Mart 2020 12:10 Oxunub 1404
Ronaldu 9,5 milyon avroya “Bugatti” aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil 100 kilometri 2.4 saniyəyə yığır

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu məhdud sayda buraxılacaq “Bugatti Centodieci” avtomobilinin sahibi olub. Avtosfer.az xarici KİV-ə istinadən məlumat verir ki, konveyerdən yalnız 10-a yaxın belə maşın çıxacaq. Avtomobilin birinin qiyməti isə 9,5 milyon avrodur.

Bildirilir ki, futbolçu avtomobili yalnız 2021-ci ildə ala biləcək.

Superkarın kapotunun altında 1600 at gücündə olan 8.0 litrlik mühərrik quraşdırılıb.

Onunla birgə avtomatik ötürmə qutusu və arxa təkər sistemi işləyir.

Avtomobil 100 kilometri 2.4 saniyəyə yığır. Onun maksimal sürəti saatda 318 kilometrə çatır.  

Xatırladaq ki, ötən ilin yazında Ronaldu “Bugatti La Voiture Noire” modelini də əldə edib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh