Sürücü məsuliyyətsizliyi az qala faciəyə səbəb olacaqdı - VİDEO
Avtosfer TV
29 Mart 2020 11:59
Oxunub 1337
Hadisə Rusiyada baş verib
Sürücünün məsuliyyətsizliyi az qala faciə ilə nəticələnəcəkdi. Avtosfer.az xəbər verir ki, görüntülər Rusiyanın Tula şəhərində qeydə alınıb. Hadisənin videosu sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, işıqforda nəqliyyatın hərəkəti üçün qadağanedici siqnalın yandığı və piyada keçidindən insanların keçdiyi görülür. Bu zaman sürətlə hərəkətdə olan mikroavtobusun sürücüsü heç bir qayda-qanuna riayət etməyərək svetoforun qadağanedici siqnalından keçir.
O, bu təhlükəli hərəkəti ilə az qala iki nəfərin xəsarət almasına, hətta ölümünə belə səbəb olacaqdı.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR