ABŞ-da baş verən qasırğa zamanı azı 6 nəfər xəsarət alıb - FOTO + VİDEO

Gündəm 29 Mart 2020 12:30 Oxunub 1245
ABŞ-da baş verən qasırğa zamanı azı 6 nəfər xəsarət alıb - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güclü küləklə müşahidə olunan qasırğa evlərin damlarını uçurub və xeyli sayda maşını da aşırıb

ABŞ-ın Arkanzas ştatında baş verən qasırğa nəticəsində azı 6 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, təbii fəlakət zamanı bir neçə binaya ciddi ziyan dəyib, güclü küləklə müşahidə olunan qasırğa evlərin damlarını uçurub və xeyli sayda maşını da aşırıb. Bu barədə “CNN” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, xilasedicilər ola biləcək yaralılar üçün axtarışlara başlayıblar. Ölənlərin olub-olmadığı barədə məlumat verilmir.

Yerli sakin qasırğanın görüntüsünü qeydə alaraq sosial şəbəkədə yayımlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh