Metronun “28 May” stansiyasından “Dərnəgül” və “İçərişəhər” istiqamətində interval dəyişdi

Gündəm 29 Mart 2020 12:45 Oxunub 1047
Metronun “28 May” stansiyasından “Dərnəgül” və “İçərişəhər” istiqamətində interval dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər mənzilbaşına çatdırıldıqdan sonra metronun çıxış qapıları da bağlanacaq

“Bu gün səhər saat 07:00-da biz işə başladıq və səhər saat 09:00-da qapılar bağlandı. Təbii ki, saat 17:00-da yenə metro qapılarını sərnişinlərin üzünə açacaq. Bu 20:00-a qədər davam edəcək və 20:00-da biz metronun qapılarını sərnişinlərin üzünə bağlayacağıq. Bütün sərnişinlər mənzilbaşına çatdırıldıqdan sonra metronun çıxış qapıları da bağlanacaq”.

“Report” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev “ATV Səhər” proqramında bildirib.

O əlavə edib ki, əvvəlki günlərə nisbətən qrafik dəyişməsə də sıxlıq yoxdur: “Metro bu gündən belə rejimlə işləyəcək. Öncədən hərəkət qrafiki tərtib etdik. Pandemiyadan öncə işlədiyimiz qrafikə əsasən, saata 24-cüt qatarı bir stansiyadan keçir. Deməli “28 May” – “Həzi Aslanov” istiqamətində 2,5 dəqiqəlik intervalla, “28 May” – “Dərnəgül” və “28 May” – “İçərişəhər” istiqamətində isə 5 dəqiqəlik intervalla qatarlar hərəkət edəcək". 

Onun sözlərinə görə, “Cəfər Cabbarlı” – “Şah İsmayıl Xətayi” istiqamətində interval dəyişməyib: "Həmçinin “Bənövşəyi xətt”in “Memar Əcəmi 2” – “Avtovağzal” istiqamətində də əvvəllər hansı güclə işləyirdiksə, o güclə də işləyəcəyik. Burada məqsəd odur ki, sərnişinlər arasında sıxlıq olmasın, seyrəklik olsun və müəyyən edilmiş qaydalara əməl olunsun”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh