Xızı polisi maarifləndirmə işləri davam etdirir - FOTO

Gündəm 29 Mart 2020 13:45 Oxunub 731
Xızı polisi maarifləndirmə işləri davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər, həmin şəxslərin yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər

Xızıda polis əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirlərini davam etdirir

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a  verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi məqsədi ilə rayon ərazisində, eləcə də qəsəbələrdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.
Bundan əlavə şöbə əməkdaşları qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərə respublikamızda həyata keçirilən bütün tədbirlərin sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət etdiyini bildiriblər. Vətəndaşlara bu müddət ərzində özlərinin və yaxınlarının sağlamlıqları üçün evdə qalmalarının vacibliyini qeyd edən polislər, həmin şəxslərin yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh