Bakının bəzi küçələrində təmir işləri aparılıb - FOTO

Yeniliklər 29 Mart 2020 15:56 Oxunub 1175
Bakının bəzi küçələrində təmir işləri aparılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asfaltlanma işləri ümumilikdə 10 min kv.m-dən çox sahəni əhatə edib

Bakı şəhərinin bir meçə küçə və prospektində (Ziya Bünyadov pr-ti, Mikayıl Müşfiq küç.) orta təmir işləri aparılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gələn ərazilərdə görülüb. Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib.  Asfaltlanma işləri ümumilikdə 10 min kv.m-dən çox sahəni əhatə edib. Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilib. Analoji işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında, tərtib olunmuş qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.

 

Namiq Musayev

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh