Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur

Yol polisi 29 Mart 2020 19:15 Oxunub 1383
Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur

“Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonu ərazisində avtomobillərin hərəkətində heç bir məhdudiyyət yoxdur”.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Bakı və ətraf ərazilərdə avtomobillərin hərəkətinin qadağan edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib:

“Bakı və ətraf ərazilərdə şəxsi avtomobillərin hərəkətinə heç bir qadağa yoxdur. Həmçinin buna görə, hər hansı cərimə də nəzərdə tutulmayıb. Ancaq yenə də tövsiyə edirik ki, şəhər əhalisi zərurət olmadığı halda öz minik vasitələrindən istifadə etməsinlər. Hazırda da Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu ərazisində fərdi avtomobillər sərbəst şəkildə hərəkət edir və buna görə kimisə cərimələməyiblər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh