"Whatsap"da benzinlə bağlı yayılan səs yazısına ekspertdən AÇIQLAMA

Avtoxəbər 30 Mart 2020 01:10 Oxunub 2625
"Whatsap"da benzinlə bağlı yayılan səs yazısına ekspertdən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanacaqla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Ölkədə koronavirusa görə, tətbiq edilən Xüsusi Karantin rejimi səbəbindən sabahdan benzin satışının dayandırılacağı ilə bağlı əsassız xəbərlər yayılıb. Sosial şəbəkələrdə yayılan bu əsassız şaiyələr insanlarda çaşqınlığın yaranmasına səbəb olub. “MediaPost” xəbər verir ki, yol hərəkəti üzrə ekspert Elməddin Muradlı sosial şəbəkələrdə yayılan bu şaiyələrə öz “Facebook” səhifəsində aydınlıq gətirib.

Azərbaycanda sürücülər narkotest edilirmi?

Ekspert bildirib ki, yanacaqla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Yanacaqdoldurma məntəqələrinin bağlanması ilə bağlı heç kim göstəriş verməyib. Hansısa sərt qərar qəbul olunarsa, onsuz da çölə çıxmağa icazə verilməyəcək. O zaman o benzini nə edəcəksiniz”?.

Elməddin Muradlı insanları əsassız məlumatlara uymamağa səsləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh