Çində sərnişin qatarı qəzaya uğradı: Ölən və yaralananlar var - VİDEO (Yenilənib)

Qəzalar 30 Mart 2020 15:35 Oxunub 1090
Çində sərnişin qatarı qəzaya uğradı: Ölən və yaralananlar var - VİDEO (Yenilənib)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə xilasetmə briqadası cəlb edilib

Martın 30-da Çinin Hunan əyalətində baş verən qatar qəzasında 1 nəfər ölüb, daha 127-si isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, azı 4 nəfərin də vəziyyətinin ağır qiymətləndirilir. Bu barədə “Jenmin Jibao” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, aramsız yağan yağış nəticəsində torpaq sürüşməsi baş verib və relslərin yerdəyişməsi qəzaya səbəbə olub.

Bildirilir ki, hadisə zamanı 5 vaqon relsdən çıxıb.

 

***11:40***

 

Çinin Hunan əyalətində sərnişin qatarı qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident martın 30-da yerli saatla 11:40 radələrində Çençjou rayonu ərazisində qeydə alınıb. Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, Çzinan - Quançjouya reysini həyata keçirən qatar hərəkətdə olarkən bir neçə vaqonu relsdən çıxaraq aşıb və yanğın baş verib.

Qəzanın, torpaq sürüşməsi nəticəsində relslərin yerdəyişməsi səbəbindən baş verdiyi ehtimal olunur.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

Hadisə yerinə xilasetmə briqadası cəlb edilib.

Hazırda araşdırmalar aparılır.

 

Namiq Musayev

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh