Yanacağın satışına məhdudiyyət qoyulub? - SOCAR-dan AÇIQLAMA

Gündəm 30 Mart 2020 13:15 Oxunub 1334
Yanacağın satışına məhdudiyyət qoyulub?                   - SOCAR-dan AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub.

Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

Avtosfer.az-ın 1news.az-a istinadən məlumatına görə, bu barədə SOCAR məlumat yayıb.

Şirkətin məlumatında deyilir:

"SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh