Polkovnik-leytenant Hafiz Təmirov yazır: "“Evdə qal”maqla kömək edək - polislərə və həkimlərə"

Gündəm 30 Mart 2020 13:45 Oxunub 4109
Polkovnik-leytenant Hafiz Təmirov yazır:          "“Evdə qal”maqla kömək edək - polislərə və həkimlərə"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dözməliyik, çünki əzizlərimiz var

 

Bir anlıq Çanaqqalanı xatırlayın: Dövrünə görə ən böyük güclərin ordularına qarşı birləşərək dirəniş göstərən, dilindən “Allahu-Əkbəri” düşməyən, “Vətən, sənin xınalı quzularınız”,- deyən Mehmetçiklərin, bir sözlə, böyük türk xalqının zəfər tarixini bizdən cəmi bir əsr ayırır. “Anlamırsınızmı, biz Canaqqalada türklərlə deyil, Allahla vuruşurduq və əlbəttə ki, məğlub olacaqdıq” fikri ilə məğlubiyyətlərini etiraf edənlərin biz torpaqcanlılardan qorxusu bu gün də var.
Nifrətləri isə göz önündədir.

Mövzu tarix deyil. Lakin ibrət götürmək üçün ən gözəl keçmiş elə odur. Sovet qoşunları tərəfindən diz çökdürülən Almaniya alman xalqının iradəsi ilə illər sonra daha möhtəşəm hala gəldi və bu gün dünyanın supergüclərindəndir.
Xalq istədi və etdi. İnsan istəsə edə bilər, deməli, istəsək, edə bilərik.

Bu gün adına “mahnılar” qoşulan, “şeirlər” yazılan düşmənlə-koronavirus infeksiyası ilə mübarizə aparmaq üçün top, tüfəng lazım deyil, sadəcə deyilənlərə əməl etmək kifayətdir. Bu çətin günlərdə “evdə qal” çağırışlarını zindan həyatı ilə müqayisə etməyək. Evdə ailənlə, övladlarınla birlikdəsən. Zindanda isə…

Dözməliyik, çünki əzizlərimiz var. Dövlət bizim yanımızdadır və görülən hər bir iş, atılan hər addım bu bəladan itkisiz qurtulmaqdır.

Elə bir coğrafiyada yerləşirik ki, dişini qıcayanın ilk zərbəsi bizə dəyə bilər. Başımızın insanlarımızın sağlamlığının qorunmasına qatışdığı bir dönəmdə dövlətimizin zəif düşməsi, gələcəyimiz olan gənclərimizin məhvi üçün sərhədlərimizdən “ağ ölüm” keçirmək istəyənlərin və onların hüquq-mühafizə orqanları tərəfindən tutulması istiqamətində aparılan tədbirlərin statistikasına heç nəzər yetirmisinizmi?

Polisin üzərinə bu gün daha böyük görəv qoyulub. Cinayətkarlıqla qətiyyətli mübarizə və asayişi qorumaqla bərabər, insanların sağlamlığı üçün dövlətin verdiyi qərarların icrasında humanizmini, gücünü də səfərbər edib polis.
“Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə- gündüz küçələrdə onu başa sal, bunu başa sal”. Bakıda “Yeni klinika” tibbmüəssisəsinin açılışında çıxış edən cənab Prezidentin bu fikirləri polisin, eləcə də həkimlərimizin necə bir rejimdə işləməsinin bariz nümunəsidir.

Laqeydik. Belə olmasaydı, verilən qərarları qulaqardına vurub, “mənə heç nə olmaz”larla ovunub kənddən, rayondan “təcili tibbi yardım maşınları” ilə şəhərə gəlib xəstəliyin daşıyıcısı olduqdan sonra, ölüm ayağında “dövlət mənə kömək eləmir”lə özümüzə haqq qazandırmazdıq.

Bütün bunlar azmış kimi, “sapı özümüzdən” olanlar, Azərbaycanı heç zaman güclü, böyük görmək istəməyənlərin yanında “yallananlar” da sosial şəbəkələrdən “hücum”a keçib Azərbaycan Polisini gözdən salmağa çalışırlar. Bu gün sığındıqları ölkələrin bəla qarşısında aciz qalmalarını görə-görə, vətəndaşını qorumaq üçün bütün qurumlarını səfərbər edən Azərbaycanı, onun Prezidentini, Polisini hədəfə alanların niyyətini Azərbaycan xalqı daha yaxşı bilir…

Ümidliyik. Və nə yaxşı ki, yer üzünün mələkləri var: uşaqlar. Onların polisimizə, həkimimizə dəstək olaraq sosial şəbəkələr vasitəsilə böyüklərə “evdə qal” çağırışları, eləcə də insanların həyatını qurtarmaq üçün öz sağlamlığını təhlükəyə atanları-atalarını, analarını görməyən polis, həkim övladlarının, bütövlükdə xalqımızın Allaha açılan əlləri, duaları, ən əsası, qaydalara riayət etməklə “COVİD-19”a qalib gələcəyik.

 

Hafiz TƏMİROV

polis polkovnik-leytenantı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh