Şəhərə giriş-çıxış qaydalarını pozan daha beş nəfər məsuliyyətə cəlb edildi - RƏSMİ

Yol polisi 30 Mart 2020 14:00 Oxunub 1301
Şəhərə giriş-çıxış qaydalarını pozan daha beş nəfər məsuliyyətə cəlb edildi                 - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
13605 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında qaydaları pozan 5 nəfər məsuliyyətə cəlb edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a DİN-in Baş DYP İdarəsindən məlumat verilib.

Məlumata görə, ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında martın 29-u saat 08:00-dan martın 30-u saat 08:00-dək Bakı-Quba yolunun 45,2-ci km-də yerləşən keçid postundan 37-si rayon, 236-sı paytaxt istiqamətinə olmaqla, 273 nəqliyyat vasitəsi geri qaytarılıb.

Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən keçid postundan isə 34-ü rayon, 40-ı paytaxt istiqamətinə olmaqla, 74 nəqliyyat vasitəsi geri qaytarılıb.

Bundan başqa, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 140-ı rayon, 167-si paytaxt istiqamətinə olmaqla, 307 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

19-30 mart tarixləri arasında 8326 nəqliyyat vasitəsinin rayon, 25-30 mart tarixləri arasında isə 5279 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə, 5 nəfər məsuliyyətə cəlb edilib.

Ümumilikdə, bu günə qədər 13605 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh