Xüsusi karantin rejimi ilə əlaqədar izolyasiya və maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Gündəm 30 Mart 2020 14:30 Oxunub 945
Xüsusi karantin rejimi ilə əlaqədar izolyasiya və maarifləndirmə tədbirləri davam etdirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər yaşadığı rayonlara geri yönləndirilirlər

Xüsusi karantin rejimi ilə əlaqədar izolyasiya və maarifləndirmə tədbirləri davam etdirilir

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan  Avtosfer.az-a verilən məlumata görə, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Saatlı rayonunda da davam etdirilir.

Xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Karonavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə gediş üçün qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır və zəruri hal yaranmayıbsa, sürücülər yaşadığı rayonlara geri yönləndirilirlər.

Həmçinin rayon ərazisində polis əməkdaşları tərəfindən mütəmadi olaraq yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh