Samux polisi gücləndirilmiş iş rejimində çalışır - FOTO

Gündəm 30 Mart 2020 14:35 Oxunub 902
Samux polisi gücləndirilmiş iş rejimində çalışır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Samux Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar

Samux polisi gücləndirilmiş iş rejimində çalışır

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Samux Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
RPŞ-nin əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmaları üçün tövsiyələr verir. Şəhər ərazisində yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşaiyət edərək evdə qalmaları barədə xəbərdarlıq edirlər. Vətəndaşlara bildirilib ki,görülən bu tədbirlərin məqsədi onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh