Sumqayıtda növbəti reyd: sürücülərə xəbərdarlıq olundu - FOTO

Gündəm 30 Mart 2020 14:38 Oxunub 969
Sumqayıtda növbəti reyd: sürücülərə xəbərdarlıq olundu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbirlər nəticəsində şəhərin mərkəzində avtomobillərin azalması müşahidə olunur

Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı şəhər ərazisində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı tədbirləri davam etdirir. 
Avtosfer.az-nı məlumatına görə yol polisi şöbəsinin əməkdaşları avtomobilləri saxlayaraq onları qeydiyyata alır və yollara çıxmamaları ilə bağlı xəbərdarlıq edir. 
Növbəti dəfə həmin avtomobillərə rast gəlinəcəyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi sürücülərin nəzərinə çatdırılır. 
Belə tədbirlər nəticəsində şəhərin mərkəzində avtomobillərin azalması müşahidə olunur. 
Xatırladaq ki,  martın 29-dan xüsusi karantin rejimi gücləndirilib. Bununla bağlı xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.

 

Şəhriyar Musayev

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh