Yeddi avtomobildən oğurluq edən şəxslər saxlanılıblar - Qaradağda

Gündəm 30 Mart 2020 15:00 Oxunub 602
Yeddi avtomobildən oğurluq edən şəxslər saxlanılıblar - Qaradağda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakının Qaradağ rayonunda mağazadan və 7 avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 6 ədəd mobil telefon, 2 avtomobildən 2 ədəd videoqeydiyyat qurğusu oğurlamaqda, habelə 1 avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş – R.Məmmədov və V.Cavadov saxlanılıblar.

Onların ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 4 avtomobildən pul, mobil telefon və yan güzgülərini oğurlamaları da müəyyən edilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh