İşıqlandırma dirəyinə çırpılan “Toyota” ikiyə bölündü – VİDEO

Avtosfer TV 30 Mart 2020 15:45 Oxunub 1661
İşıqlandırma dirəyinə çırpılan “Toyota” ikiyə bölündü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər də xəstəxanaya yerləşdirilib

Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 28-də gecə saatlarında Oktyabr rayonunda qeydə alınıb.

Məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “Toyota Cresta” markalı avtomobillə hərəkətdə olarkən, naməlum səbəblərdən sükan idarə etməsini itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobil iki hissəyə bölünüb.

Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər də xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh