AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır - VİDEO

Gündəm 30 Mart 2020 16:15 Oxunub 675
AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün ölkəmizin sağlam və firavan gələcəyi üçün birlik göstərmək hər zamankından daha vacibdir!

“Azərbaycan Hava Yolları” pilotların və təyyarə bələdçilərinin Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırdıqları sosial videoçarx hazırlayıb. Avtosfer.az xəbər verir ki, AZAL ölkəmizin hər bir vətəndaşına müraciət edərək karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.

Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığı qorumaqdan ibarətdir. Bu gün ölkəmizin sağlam və firavan gələcəyi üçün birlik göstərmək hər zamankından daha vacibdir!

“Bu gün evdə qalın ki, sabah ailəlikcə səyahətə yollana və yeni-yeni ölkələr kəşf edə biləsiniz”, - videoçarxda deyilir.

 

 

 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh