Tbilisidə metro və sərnişin avtobuslarının işləməsi qadağan olunur

Gündəm 30 Mart 2020 19:30 Oxunub 695
Tbilisidə metro və sərnişin avtobuslarının işləməsi qadağan olunur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gürcüstanda sabah saat 08:00-dan ümumi karantin rejimi qüvvəyə minəcək

Tbilisi Metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria brifinqdə bildirib. O deyib ki, həm şəhərdaxili, həm də şəhərlərarası istənilən növ ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur: “Taksilər də daxil olmaqla yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir. Bu nəqliyyat vasitələrində arxa oturacaqda iki nəfər əyləşməklə yalnız üç nəfər ola bilər”.

Qeyd edək ki, Gürcüstanda sabah saat 08:00-dan ümumi karantin rejimi qüvvəyə minəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh