“Qırmızı”dan keçən “Porsche” Volkswagen”lə toqquşdu - ANBAAN VİDEO

Avtosfer TV 30 Mart 2020 20:00 Oxunub 1183
“Qırmızı”dan keçən “Porsche” Volkswagen”lə toqquşdu - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Yol kəsişməsində iki avtomobilin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident martın 30-da gecə saatlarında Rusiyanın Puşkin şəhərində qeydə alınıb.

Kadrlarda, sürətlə idarə olunan “Porsche” işıqforun qadağanedici siqnalından keçdiyi və yol kəsişməsində “Volkswagen Tiguan”la toqquşduğu görülür.

Məlumata görə, “Porsche”nin sükanı arxasında 18 yaşlı qız olub. O, yüngül xəsarətlər alıb. “Volkswagen”in sürücüsü ağır, sərnişini isə orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh