Nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalır

Gündəm 30 Mart 2020 21:27 Oxunub 836
Nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Həyati vacib sahələrdə çalışanların şəxsi avtomobillərindən istifadəyə icazələri var"

“Xüsusi karantin rejimində nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalır”. Avtosfer.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

O bildirib ki, həyati vacib sahələrdə çalışanların şəxsi avtomobillərindən istifadəyə icazələri var. Yerdə qalan əhalinin isə 24 saat küçəyə çıxmaq qadağandır.

İ.Məmmədov əlavə edib ki, istisna hallarda küçəyə çıxanda da nəqliyyatdan istifadəyə ehtiyac yoxdur. Çünki o hallarda da ancaq yaşadıqları ünvanlara yaxın yerlərə gedilməlidir. Metro və avtobuslar da təyin edilən rejimdə işləyəcək. Doğrudur, bu gün metroda sıxlıq olub. Yeni qəbul edilən qadağalardan sonra metro və avtobusda artıq bugünkü sıxlığın olmayacağı gözlənilir və bu istisna olunmur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh