Şəkidə “Ford” “KamAZ”la toqquşdu: xəsarət alan var

Qəzalar 31 Mart 2020 09:30 Oxunub 1039
Şəkidə “Ford” “KamAZ”la toqquşdu: xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sıxılı vəziyyətdə qalan 1 nəfər avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Şəkidə iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh