DYP nəqliyyat vasitəsi ilə postlardan keçmək istəyənlərin sayını açıqladı

Yol polisi 31 Mart 2020 10:00 Oxunub 1357
DYP nəqliyyat vasitəsi ilə postlardan keçmək istəyənlərin sayını açıqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30.03.2020-ci il saat 08:00-dan 31.03.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 30.03.2020-ci il saat 08:00-dan 31.03.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla 343 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib

-  Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla 343  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

-  Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla 86 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

-  Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla 202 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

19.03.2020-ci il tarixdən 31.03.2020-ci il 08:00-dək 8485 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 31.03.2020-ci il 08:00-dək isə 5751 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.       

Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

Ümumilikdə bu günədək 14236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh