“Toyota” iki “Qazel”lə toqquşdu: yük maşınlarından biri yandı – VİDEO

Avtosfer TV 31 Mart 2020 14:10 Oxunub 1244
“Toyota” iki “Qazel”lə toqquşdu: yük maşınlarından biri yandı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə 1 nəfər ölüb, daha 2-si isə xəsarət alıb

Rusiyanın İvanovsk əyalətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Lejnevsk rayonunda qeydə alınıb.

Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirən zaman, qarşıdan gələn iki “Qazel” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən “Qazel”lərdən biri yol kənarına düşərək yanmağa başlayıb.

Nəticədə 1 nəfər dünyasını dəyişib, daha 2-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh