Məşhur aktyor qaydaları pozdu: Qırmızı işıq və kəmərsiz - VİDEO

Qaydalar 31 Mart 2020 16:30 Oxunub 1797
Məşhur aktyor qaydaları pozdu:  Qırmızı işıq və kəmərsiz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür hallara DYP idarəsi nəzarət etməlidir

Tanınmış aktyor Müşviq Şahverdiyev avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, aktyor çəkildiyi "Niyə" adlı filmdə avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməyərək svetoforun qırmızı işığında hərəkət edib. Onun həmkarı Fərda Xudaverdiyev də həmin zaman təhlükəsizlik kəmərindən istifadə etməyib.

Filmlərdə bu cür səhvlərə yol vermək yaxşı hal deyil. Çünki buna gənclər də baxır. Məşhur insanlar qaydalara riayət etməklə cəmiyyətə örnək olub onları düzgün yola istiqamətləndirməlidir.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində bu cür səhnələr birmənalı qadağan edilib. Əgər film zamanı belə hal aşkarlanarsa həmin xətanı törədən aktyor və aktrisa məsuliyyətə cəlb edilir.
Ümid edirik ki, Dövlət Yol Polisi idarəsi də filmlərin çəkilişi zamanı qaydaları pozan aktyorlara qarşı ciddi nəzarət edəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh