“Nissan” polislərin olduğu “Fiat”a çırpıldı: avtomobil bir neçə dəfə çevrildi - FOTO

Avtosfer Foto 31 Mart 2020 17:00 Oxunub 1919
“Nissan” polislərin olduğu “Fiat”a çırpıldı: avtomobil bir neçə dəfə çevrildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə ikisi polis olmaqla 3 nəfər xəsarətlər alıb

Türkiyənin Antalya vilayətində xidmətə gedən polislər yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, insident martın 31-də səhər saatlarında Qazipaşa rayonunda qeydə alınıb. Bu barədə “İHA” agentliyi məlumat yayıb.

Məlumata görə, Murad Ş. idarə etdiyi 48 ACP 277 qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman, polis məmuru Ömər Farukun idarə etdiyi 07 UD 368 qeydiyyat nişanlı “Fiat” markalı maşını sürücü tərəfdən vurub. 

Zərbənin təsirindən “Fiat” bir neçə dəfə çevrilərək arxası üstə dayanıb.

Nəticədə iki polis məmuru və digər avtomobilin sürücüsü xəsarətlər alıblar. Yaralılar, hadisə yerinə gələn ambulansların köməkliyi ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Göreve giden polisler kaza yaptı: 3 yaralı

Göreve giden polisler kaza yaptı: 3 yaralı

Göreve giden polisler kaza yaptı: 3 yaralı

Göreve giden polisler kaza yaptı: 3 yaralı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh