Çin “Toyota Land Cruiser”in oxşarını istehsal edəcək – FOTO + VİDEO

Avtoxəbər 31 Mart 2020 18:00 Oxunub 1545
Çin “Toyota Land Cruiser”in oxşarını istehsal edəcək – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hengtian L4600”-ün satış üçün başlanğıc tarixi və qiyməti daha sonra açıqlanacaq

Çinin “Hengtian” şirkəti, “Toyota Land Cruiser 200”-ün surətini istehsal etməyə hazırlaşır. Avtosfer.az xəbər verir ki, “Hengtian L4600” adlandırılan SUV-un ilk görüntüləri internetdə yayımlanıb. Avtomobilin rama konstruksiyasının uzunluğu 5240 millimetrdir, bu da “Land Cruiser 200”-dəkindən 300 millimetr uzundur. Təkər bazasının ölçüsü isə Yapon SUV-dan 100 millimetr çox, yəni 2950 millimetrdir.

Videoda avtomobilin daxili dizaynında müxtəlif rəngli dərilərdən və dekorativ elementlərdən istifadə olunduğu görülür.

Bundan əlavə, avtomobildə “Land Cruiser 200”-dən daha böyük diaqonalı olan bir displey məlumat əyləncə kompleksi var.

Çin SUV-u 4.6 litr təbii aspirasiya edilmiş V8 benzin mühərriki ilə təchiz edilib. Mühərrik 6 pilləli avtomatik ötürücü və ön oxun möhkəm bağlantısı ilə tam ötürücü sistemlə birlikdə işləyir.

“Hengtian L4600”-ün satış üçün başlanğıc tarixi və qiyməti daha sonra açıqlanacaq.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh