Bakı-Sumqayıt yolundakı tıxacı bu sürücülər yaradır - FOTO

Qaydalar 31 Mart 2020 18:50 Oxunub 1354
Bakı-Sumqayıt yolundakı tıxacı bu sürücülər yaradır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər sola keçərək axının qarşısını kəsirlər

Bakı-Sumqayıt yolundakı tıxac sürücülərin qayda pozuntularına görə yaranır. Avtosfer.az xəbər verir ki, beynəlxalq avtovağzalın qarşısında sürücülər sıxlığa düşməmək üçün sağ zolaqla hərəkət edib yolun sonunda 1.11 xəttinin qadağan olunmuş hissəsində sola yerdəyişmə edirlər. Təqdim etdiyimiz fotoda işarələnmiş sürücülər qaydaları pozaraq sağdan sola yerdəyişmə etdikləri üçün yoldakı axının qarşısını kəsirlər. Beləliklə də tıxac yaranır.

Ölkədəki mövcud karantin vəziyyətinə görə hal hazırda yollarda avtomobil sayı az olduğu üçün tıxaclar yaranmır. Lakin karantin müddəti bitdikdən sonra bu sürücülərə görə yenə də tıxaclar yaranacaq.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh