Cəlilabadda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir - FOTO

Gündəm 31 Mart 2020 19:00 Oxunub 891
Cəlilabadda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizliyinin təmini və onların sağlamlığının qorunması üçündür

Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Cəlilabad rayonunda da davam etdirilir.

Bu məqsədilə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə insanların, xüsusilə yaşlı sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah edilir ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmini və onların sağlamlığının qorunması üçündür.

Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq Cəlilabad rayonu ərazisində qurulmuş postlarda da avtomobillər saxlanılır və sürücülər sakini olduqları rayonlara yönləndirilirlər.

Eyni zamanda bütün görülən tədbirlər, tətbiq olunan qaydalarla bağlı olaraq xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə əhali xəbərdar edilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh