Sürücü şou yaratmaq üçün video çəkib polisi ələ saldı - VİDEO

Yol polisi 31 Mart 2020 20:00 Oxunub 1724
Sürücü şou yaratmaq üçün video çəkib   polisi ələ saldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü yük yerini göstərməkdən imtina edib

Yol polisi ilə sürücünün daha bir dialoqu sosial şəbəkədə yayılıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, yolda hərəkətdə olan avtomobilin konstruksiyasına müdaxilə edilməsi ilə bağlı şübhəsi olan YPX əməkdaşı sürücünü dayandırır. Polis əməkdaşı özünü təqdim etdikdən sonra sənədləri tələb etsə də sürücü sənədlərin evdə qaldığını bildirir. Daha sonra polis əməkdaşı yük yerinin açılmasını tələb etdikdə, sürücü yük yerinin boş olduğunu deyərək baxış keçirilməsinə icazə vermədi.

Polis əməkdaşı bort kompüterdə sənədləri yoxlayan zaman sürücülük vəsiqəsinin çıxmadığını görərək sürücüyə bu barədə məlumat verir. Sürücü isə telefonunda vəsiqəsinin şəklinin olduğunu, lakin onu göstərməyəcəyini bildirərək polisi ələ salmağa başladı.
Sonda polis əməkdaşı sürücünü sərbəst buraxıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh