Gəncədə 18 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb

Gündəm 1 Aprel 2020 09:00 Oxunub 545
Gəncədə 18 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Gəncə şəhərində 18 yaşlı oğlana bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, martın 31-də saat 17 radələrində Gəncə şəhər sakini 18 yaşlı Anar Əliyevin qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı İ.Allahverdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh