Qaradağda “Priora” aşdı: iki qardaş öldü, 1 yaralı var

Qəzalar 1 Aprel 2020 12:20 Oxunub 1080
Qaradağda “Priora” aşdı: iki qardaş öldü, 1 yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 31-də saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh